Məşhur Hollivud rejissoru və həyat yoldaşının ölümü: Oğlu həbs olundu

Məşhur Hollivud rejissoru və həyat yoldaşının ölümü: Oğlu həbs olundu
DÜNYA
01:09 16.12.2025
155
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində məşhur Hollivud rejissoru Rob Reyner və həyat yoldaşı Mişelin ölümü ilə bağlı onların oğlu Nik Reyner saxlanılıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Los-Anceles polisi məlumat yayıb.

Məlumata görə, Rob Reyner və həyat yoldaşı bazar günü Los-Ancelesdə yerləşən evlərində ölü tapılıblar. Polis hadisəni mümkün qətl kimi araşdırır.

Nik Reyner hazırda həbsdədir. Bildirilir ki, o, dörd milyon dollar girov qarşılığında azadlığa buraxıla bilər. Polis hələlik ona qarşı rəsmi ittiham irəli sürməyib və istintaq davam etdirilir.
OXŞAR XƏBƏRLƏR