Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində məşhur kriminal avtoritet, “Ded Xasan” ləqəbli Aslan Usoyan qətlə yetirilib.
APA-nın “RİA Novosti” və “İnterfaks”a istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsindən bildiriblər ki, sui-qəsd Povarsk küçəsində gerçəkləşdirilib. Yerli vaxtla saat 14.30-da A. Usoyan “Karetnıy dvor” adlı restorandan çıxarkən snayperdən açılan atəşlə öldürülüb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A. Usoyan 1937-ci ildə Gürcüstanda doğulub. O, Rusiyadakı ən iri kriminal qruplaşmalardan birinin lideri idi.