Məşhur məşqçi Mustafa Dənizlinin qızı Lal Dənizli Cümhuriyyət Xalq Partiyasından (CHP) bələdiyyə sədrliyinə namizəd olduğu Çeşmədə seçkilərdə qalib gəlib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Lal Dənizli Çeşmənin ilk qadın bələdiyyə sədri olub.
Lal Dənizli açıqlamasında, "Çeşməyə təşəkkür edirəm! Çeşmə xalqının lütfü ilə qarşıdakı beş il ərzində böyük şərəf və qürurla Çeşmə Bələdiyyə Başçısı vəzifəsini icra edəcəyəm. Mənə Çeşmənin ilk qadın Bələdiyyə Başçısı olma xoşbəxtliyini verdiniz. Yeddidən yetmişə qədər bütün vətəndaşlarımıza xidmət edəcəyəm. Sizin rifahınız üçün çalışacağam" deyə bildirib.
Aysel