Anspress-in məlumatına görə, müğənni ailə qurması ilə əlaqədar olaraq sənət həyatından uzaq düşmüşdü. Bu evliliyi birmənalı qarşılamayanlar da, ağız büzənlər də oldu. Evliliklərindən bir müddət sonra jurnalistlər və sənət yoldaşlarından bəziləri tez zamanda ayrılacağını bildirirdilər.Ailənin razılığını, xüsusi ilə də əmisi Ramiz Əzizbəyli olmadan evləndiyinə görə bir çoxları ondan üz döndərdiər. Bütün çətinliklərə və təzyiqlərə baxmayaraq Nurlan ailəsini bir müddət qoruya bildi. Amma deyəsən, arzusunu sona qədər çatdıra bilməyib və cütlük yaşadıqları rayon üzrə VVAQ idarəsinə boşanma barədə rəsmən müraciət edib.Nurlan Əzizbəyli bu gün "Adam içində" verilişində qonaq qismində iştirak edəcək və bütün məsələlərə aydınlıq gətiriləcək. Əks tərəf də öz fikrini bildirəcək, açıqlamalar verəcək.