Məşhur müğənni gecə klubundan qovuldu

MAQAZİN
19:11 13.06.2013
1960
19 yaşlı kanadalı müğənni Castin Biberin dostları ilə birlikdə əylənmək istəyi ona baha başa gəlib.
Los Anjelesdə gecə klubuna girmək istəyərkən ona bura yalnız 21 yaşı tamam olanlar girə bilər. "Sizə olmaz" cavabını alan Biber bir təhər arxa qapıdan içəri keçib. Lakin burada da onu klubun diceyi tanıyıb və mikrofonu əlinə alaraq Castin Biberin burada olduğunu və onun 19 yaşlı olduğunu xatırladıb.Bundan sonra mühafizə xidməti müğənniyə yaxınlaşaraq ondan məkanı tərk etməyi xahiş edib ki, Biber də pərt halda heç nə deməkdən klubdan çıxıb gedib.

OXŞAR XƏBƏRLƏR