Yubiley öncəsi Lolita əri ilə münasibətlər, qızının tərbiyəsi və şəxsi həyatı ilə bağlı məsələlər haqqında danışıb.Artıq yarım əsr yaşamış müğənni öz yaşından utanmır və onu dəyişməyə də çalışmır. O özünü 35 yaşındakı kimi hiss edir."Əlbəttə ki, qorxuram. Axı ömrümün çox hissəsi artıq geridə qalıb. Heç ölmək istəmirəm. Qocalıq mənim təsəvvürümdə çoxlu xəstəliklər deməkdir. Bundan sonra da sağlam yaşamaq istəyirəm", - o əlavə edib.Müğənni deyib ki, hər zaman kişi öhdəliklərini öz üzərinə götürüb."Əvvəllər fəxr edirdim ki, hər işin öhdəsindən kişilərdən daha yaxşı gəlirəm. Ancaq indi heç bir qürur yoxdur. Kişi olmaqdan bezmişəm. Hər xırda şey üçün ağlamaq istəyirəm. Baxmayaraq ki, illərlə ağlamamışam", - Lolita deyib.(milli.az)