Məşhur müğənni Corc Maykl qəzaya düşüb.AZXEBER/COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Londonda M1 magistral yolunda baş verib.49 yaşlı müğənninin başından zədə aldığı bildirilir. Qəza baş verən zaman maşında olan daha bir sərnişin də xəsarət alıb.