06:16 Bazar Ertəsi, 25 Iyun 2018
Maqazin

Məşhur müğənninin oğlu Bakıda adam öldürüb – RƏSMİ MƏLUMAT

13:38, 13.06.20189222
Məşhur müğənninin oğlu Bakıda adam öldürüb – RƏSMİ MƏLUMAT
Daxili İşlər Nazirliyi Bakıda törədilmiş qətllə bağlı məlumat yayıb.

AZXEBER.COM Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, İyunun 7-də saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tuncay Vəliyev saxlanılıb.

Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.

Qeyd edək ki, Tuncay Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. Tuncay bir müddət müğənni kimi fəaliyyət göstərib. Onun ögey qardaşı Tural isə bir neçə il əvvəl Bərdədə qətl törətdiyinə görə həbs edilib.
 


 


 

 

 


 

XƏBƏR LENTİ