"Mötley Crüe" qrupunun solisti Vince Neilin şəxsi təyyarəsi Arizona hava limanına enərkən uçuş-enmə zolağından çıxaraq park edilmiş başqa bir təyyarəyə çırpılıb.
AZXEBER.COM xarici mətbuata istinadən bildirir ki, müğənninin sevgilisi Rain və dostu Eşli xəsarət alıb.
Qrupun meneceri Allen Kovac, Vinsin təyyarədə olmadığını açıqlayıb.
Aeroport rəsmiləri bildiriblər ki, ilkin araşdırma zamanı təyyarənin enişi zamanı sol əsas şassənin nasaz olduğu və toqquşmaya səbəb olduğu müəyyən edilib.
Aysel