Məşhur şirkət yüzlərlə işçisini ixtisar edir

MARAQLI
11:53 11.01.2024
248
ABŞ-ın pərakəndə satış nəhəngi olan "Amazon"un "Prime Video" və "Amazon MGM Studios" bölmələrində yüzlərlə işçini ixtisar edəcəyi bildirilib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, "Amazon"dan əldə edilən məlumata görə, "Prime Video" və "Amazon MGM Studios"un baş vitse-prezidenti Mike Hopkins işçilərinə göndərdiyi qeyddə şirkətin uzunmüddətli vizyonu istiqamətində atılan addımlardan bəhs edib. 

Hopkins, uzunmüddətli müvəffəqiyyət üçün investisiyalara üstünlük verilməsinin əhəmiyyətinə dilə gətirməsi ilə diqqət çəkib. 

O, bu qərarlar nəticəsində "Prime Video" və "Amazon MGM Studios" təşkilatında yüzlərlə işçinin işinə son veriləcəyini qeyd edib. Bunun çətin bir qərar olduğunu vurğulayan Hopkins, ixtisarlardan təsirlənənlərlə bu gün əlaqə saxlamağa başlayacaqlarını bildirib. 

Onu da qeyd edək ki, Hopkins, işdən çıxarılanlara müxtəlif xüsusi dəstəklərdən ibarət paketlər təqdim edəcəklərini də bildirib. 

Oksana

OXŞAR XƏBƏRLƏR