Türkiyənin ən məşhur xəbər kanallarından olan "HaberGlobal” 9 fevral Parlament seçkiləri haqda geniş reportaj hazırlayıb.
AZXEBER.COM xəbər verir ki, reportajda ölkəmizdə baş tutan seçki haqda Türkiyə ictimaiyyətinə geniş məlumat verilib.
Türkiyə televizyası növbədənkənar Parlament seçkilərini Azərbaycandakı islahatların bir parçası adlandırıb. Reportajda həmçinin Prezident İlham Əliyevin gəncləşdirmə siyasəti və ölkədə başlatdığı islahatlar haqda məlumat verilib.
Həmin videonu təqdim edirik: