Tanınmış Belarus yazıçısı və jurnalist Yuri Gumenyuk Qrodno şəhərində ölüb.
Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə o özünü anası ilə yaşadığı evin yaxınlığındakı yataqxananın 9-cu mərtəbəsindən atıb. Onun özünə qəsd etdiyi güman edilir.
Gumenyuk son 2 ildə Polşa radiosunun belarus xitməti ilə əməkdaşlıq edirmiş. O Belarus Yazıçılar İttifaqı və Belarus PEN-mərkəzinin üzvü idi.
Yazıçı 2011-ci ildə ölkədə keçirilən etiraz aksiyalarında iştiraka görə 12 sutka həbs cəzası almışdı.(musavat.com)