9 noyabr Dövlət Bayrağı Günüdür.
Azərbaycanın tanınmış simaları 9 noyabr Dövlət Bayrağıgünü münasibətilə “İRƏLİ” İctimai Birliyinin hazırladığı layihədə iştirak ediblər.AZXEBER.COM xəbər verir ki, məşhurlar videoçarxda Bəxtiyar Vahabzadənin “Bayraq” şeirini səsləndiriblər.
Layihədə xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artist Tünzalə Ağayeva, aparıcı Nərgiz Cəlilova, Şəhriyar Əbilov, müğənni Samira Allahverdi, Murad Arif, aktyor Coşqun Rəhimov, ssenarist Müşviq Abbasov, “Rast” qrupunun rəhbəri Rəşad Həşimov və başqaları iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.