01:33 Bazar Günü, 27 May 2018
Maqazin

Məşhurlarımızın geyimlərinin qiyməti - 3965 manat

17:24, 17.05.201811294
Məşhurlarımızın geyimlərinin qiyməti - 3965 manat
Azərbaycan şou-biznes nümayəndələri hər zaman geyimləri ilə də diqqət çəkir. Çoxları onların libaslarının qiymətini, markasını bilmək istəyir.

AZXEBER.COM axşam.az-a istinadən məşhurlarımızın istifadə etdiyi paltarların qiymətini və markasını sizlərə təqdim edir.

Nigar Camalın "Ermanno Scervino” markalı bu libası 2340 dollar (təxminən 3965 manat) dəyərindədir.

 



Aygün Kazımovanın qırmızı, uzun paltarı yerli butiklərdən birinə aiddir. Dəyəri isə 588 dollara (təxminən 1000 manat) bərabərdir.

 



Gülay Zeynallının geyindiyi qara libas Elnarə Bəkirovanın butikindəndir. Qiyməti isə 100 dollar (təxminən 170 manat) dəyərindədir. 

 




Sevil və Sevinc Səfərovaların paltarı isə yerli butiklərdən birinə aiddir və dəyəri 29 dollardır (təxminən 50 manat).

 



"Sh couture”dan olan bu geyim Kəmalə Piriyeva üçün 823 dollara (təxminən 1400 manat) başa gəlib.

 



Nərgiz Cəlilovanın geyindiyi bu libas yerli butiklərin birinə aiddir. Dəyəri isə 1000 dollardır (təxminən 1700 manat). 

 



Nura Suriyə geyindiyi bu libas 705 dollara (təxminən 1200 manat) başa gəlib. Yerli butiklərdən birinə məxsusdur.

 



Röya Ayxanın sırğası 293 dollar (təxminən 498 manat), boyunbağısı isə 276 dollar (təxminən 471 manat) dəyərindədir. 

 



Oksana Rəsulovanın bu qara rəngli paltarı "İsabel Garcia” brendinin məhsuludur. Qiyməti isə 308 dollara (təxminən 521 manat) bərabərdir.

 


 
Sevda Yahyayevanın yerli butiklərdən birinə aid olan bu libası 176 dollardır (təxminən 300 manat).
 

 


XƏBƏR LENTİ