Məşq edərkən yüksək nəticələr əldə etmək üçün ən ideal vaxt açıqlandı

MARAQLI
13:12 15.04.2024
227
Avstraliyanın Sidney Universitetinin tədqiqatçıları tərəfindən aparılan yeni bir araşdırmada axşam saat 18:00-dan sonra məşq etməyin səhər tər tökməkdən daha çox sağlamlığa faydası olduğu bildirilib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, tədqiqat səkkiz il davam edib və bu müddət ərzində 62-88 yaş arası 30.000 insanın məşq rutini və nəticələri araşdırılıb.  

Tədqiqat, heç məşq etməyən obez insanlarla müqayisədə axşam saat 6-dan sonra məşq edən obez insanların ölüm riskinin 61% və ürək xəstəliyinə tutulma riskinin 36% daha az olduğunu ortaya qoyub. 

Səhər idman edənlərin ölüm riski 33%, ürək xəstəliyi riskinin isə 17% az olduğu bildirilib. 
 
Sidney Universitetinin Məşq Fiziologiyası üzrə müəllimi Dr Angelo Sabağın dediyinə görə, hər üç avstraliyalıdan ikisi sosial faktorlara görə artıq çəki və ya piylənmədən əziyyət çəkir.  

Bu da infarkt, insult və ürək-damar xəstəliklərinin riskini artırır. 
 
Angelo Sabag həmçinin əlavə edib:

"Məşq heç bir halda böhranlı piylənmənin yeganə həll yolu deyil, lakin bu araşdırma göstərir ki, fəaliyyətlərini günün müəyyən vaxtlarına planlaşdıra bilən insanlar müəyyən sağlamlıq risklərinin bəzilərini ən yaxşı şəkildə kompensasiya edə bilərlər".

Oksana 

OXŞAR XƏBƏRLƏR