"Məşqçi olsaydım, futbolçuları döyərdim" - İbrahimoviç

"Məşqçi olsaydım, futbolçuları döyərdim" - İbrahimoviç
İDMAN
19:59 04.03.2022
337
"Milan"ın futbolçusu Zlatan İbrahimoviç karyerasını bitirdikdən sonra məşqçi işləmək istəyib-istəmədiyi ilə bağlı sualı cavablandırıb.

40 yaşlı hücumçu bunu düşünmədiyini deyib:  

"Məşqçi olmağım mümkün deyil. Oyun zamanı ən azı iki, matçdan sonra isə səkkiz oyunçuya yumruq atardım. Yəni məşqçi olsam, futbolçuları döyərəm".

Xatırladaq ki, İbrahimoviçin "Milan"la sözləşməsi bu mövsümün sonunda bitəcək.
 
///milli.az
OXŞAR XƏBƏRLƏR