İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi yeni rekorda imza atıb. AZXEBER.COM-un məlumatına görə, La Liqanın 36-cı turunda “Malaqa” ilə qarşılaşmada “het-trik” edən argentinalı hücumçu mövsüm ərzində vurduğu qolların sayını 68-ə çatdırıb. Bunlardan 46-sı La Liqa, 2-si Kral Kuboku, 3-ü İspaniya Superkuboku, 1-i UEFA Superkuboku, 14-ü Çempionlar Liqası, 2-si klublararası dünya çempionatında qeydə alınıb. Əvvəlki nailiyyət Almaniya “Bavariya”sının forvardı Herd Müllerə məxsus idi. Müller 1972-1973-cü il mövsümündə müxtəlif turnirlərdə 67 qol vurmuşdu. Messini də ilk dəfə məhz onun təbrik edəcəyi gözlənilir.