Messi: “Kütlənin içinə qarışıb tanınmaz olmaq istəyirəm”

Messi: “Kütlənin içinə qarışıb tanınmaz olmaq istəyirəm”
İDMAN
23:31 26.12.2020
835
"Barselona” kapitanı Lionel Messinin bazar günü İspaniyanın laSexta telekanalında yayımlanacaq müsahibəsinin bəzi məqamları mətbuata sızıb.

Bu barədə "Mundo Deportivo” nəşri məlumat yayıb.

Mənbə yazır ki, L.Messi müsahibədə etiraf edib ki, indi həyatından razıdır, arzuladığı hər şeyi var.

"Bununla belə, heç vaxt reallaşdıra bilməyəcəyim bir xəyalım var - kütlənin içinə qarışıb tanınmamaq”, - deyə L.Messi vurğulayıb.

Fikrinin davamında L.Messi söyləyib ki, bəzən bazara, kinoteatra, restorana getmək və diqqət mərkəzinə düşməmək istəyir.
OXŞAR XƏBƏRLƏR