Messidən növbəti rekord

MARAQLI
13:33 03.04.2013
1666

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda PSJ-yə qol vuran Messi çoxsaylı rekordlarına daha birini əlavə edib.

AZXEBER.COM-un məlumatına görə, argentinalı ulduz bununla Çempionlar Liqası tarixində 20 fərqli şəhərdə qol vuran ilk futbolçu olub.

Bu qola qədər 19 şəhərdə qol vurmaqla liderliyi Messi və əfsanəvi hücumçu Raul Qonzales bölüşürdü.

Bu qolla Messi həmçinin ÇL tarixində 1/4 final mərhələsində vurulan qolların sayına görə Raulla şərikli lider olub. Hər iki futbolçu bu mərhələdə 10 qol vurub.

OXŞAR XƏBƏRLƏR