Bakı Ağır Cinayətlər Məhkəməsində Ramin Mehdiyevin məhkəməsi başa çatıb.
AZXEBER.COM-un məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə R.Mehdiyev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, hadisə bu ilin aprelin 4-ü Sabunçu rayonunda baş verib. Evli olan 20 yaşlı Əfşan Əhmədova əri xarici ölkədə olduğundan evində gizli olaraq fəhləliklə məşğul olan Ramin Mehdiyevlə görüşüb. Hadisə də Ə.Əhmədovanın yaşadığı mənzildə baş verib. Sevgililərin növbəti görüşü zamanı aralarında mübahisə düşüb. Mübahisə zamanı da R.Mehdiyev bıçaqla Əfşanın sifətinə silinməz kəsiklər atıb, kürəyindən, budundan, boğazının ön hissəsindən ümumilikdə 11 bıçaq xəsarəti yetirib.Qadın ağır vəziyyətdə 3 saylı Klinik Xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində həyatı xilas edilib. Əfşan polis tərəfindən dindirilərkən cinayətin izini itirmək məqsədilə özü-özünə xəsarət yetirdiyini deyib.Araşdırmalar zamanı məlum olub ki, Əfşan ərinin hadisədən xəbər tutacağından qorxduğu üçün məşuqu tərəfindən tanınmaz hala salmasını gizlətmək istəyib.