Bu gün tanınmış müğənni Mətanət İsgəndərlinin "Gəl xoşbəxt olaq" mahnısına çəkdiyi klip jurnalistlərə təqdim ediləcək.
AZXEBER.COM-un məlumatına görə, uzun zamandı efirlərdə görünməyən əməkdar artist təqdimatda iştirak edən jurnalistlərə əvvəlcədən xəbərdarlıq edib.
Son günlər Elşad Abdullayevin qardaşı Mahir Abdullayevlə bağlı tez-tez mediada gündəmə gələn müğənni jurnalistlərə Elşad Abdullayevin videosu ilə bağlı qadağa qoyub. O, jurnalistlərə əvvəlcədən bu mövzuda danışmamağı tapşırıb.
Qeyd edək ki, ABU-nun keçmiş rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı açılan cinayət işində Mətanət İsgəndərlinin də adını qeyd etmişdi.