"OpenAI" texnologiya şirkəti mətn əmrləri ilə real və yaradıcı səhnələr yarada bilən "Sora"nı elan edib.
AZXEBER.COM xəbər verir ki, şirkətdən bildirilib ki, "Sora" vizual keyfiyyəti qoruyaraq bir dəqiqəyə qədər videolar yarada bilir.
Süni intellektli söhbət robotu ChatGPT-nin inkişaf etdiricisi OpenAI tərəfindən edilən şərhdə insanların real dünya ilə qarşılıqlı əlaqəni tələb edən problemləri həll etməyə kömək edən modellərlə əlaqədar olaraq hərəkətdə olan fiziki dünyanı anlamaq və simulyasiya etmək üçün süni intellektin öyrədilməsi üzərində işlədiyi ifadə edilib.
Açıqlamada "Sora"nın mətndən videoya süni intellekt modeli olduğu, istifadəçilərin istəklərinə uyğun olaraq və vizual keyfiyyətini qoruyaraq bir dəqiqəyə qədər uzunluqda videolar yarada bildiyi bildirilib.
"Sora"nın zərər və ya risk baxımından qiymətləndirilmək üçün bu gün bəzi komanda üzvlərinə təqdim edildiyi və modelin bir sıra vizual sənətçi dizayner və kinorejissorun rəy alması üçün əlçatan edildiyi ifadə edilib.
Açıqlamada bildirilir ki, "Sora" çoxsaylı personajlar, müəyyən hərəkət növləri, mövzu və fonun dəqiq təfərrüatları ilə mürəkkəb səhnələr yarada bilir. Model ona göstərişləri dəqiq şərh etməyə və maraqlı obrazlar yaratmağa imkan verən dərin dil anlayışına malikdir.
Mikayıl