17:29 Cümə Axşamı, 16 Avqust 2018
KRİMİNAL

Metroda cibgirlik - Sərnişinlərin telefonlarını oğurlayan "zek" tutuldu

14:33, 25.04.20183539
Metroda cibgirlik - Sərnişinlərin telefonlarını oğurlayan
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb. 

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini G.Bədəlova "Gənclik" stansiyasının platformasında çantasından mobil telefonunun oğurlandığını bildirib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev olduğu məlum olub. Ətrafında aparılan tədbirlərlə onun aprelin 22-də metronun "İçərişəhər" stansiyasının platformasında Ağdam rayon sakini İ.Məhəmmədlinin cibindən mobil telefon oğurladığı da müəyyən edilib.

Mobil telefonlar maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ