AZXEBER.COM xəbər verir ki, “Xeberdar.az”ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, 25-30 yaşlarında bir gənc oğlan huşunu itirərək, yerə yıxılıb. Dərhal ətrafdakı insanlar və Metropoliten işçiləri ona kömək etsələr də kişinin tərpənməməsi sərnişinlərin qorxmasına səbəb olub. Gəncin bu halından narahatçılıq keçirən xanım sərnişinlər yüksək səslə ağlamağa başlayıblar. Xəstəyə dərhal metropoliten işçiləri ilk tibbi yardımı göstərib və təcili tibbi yardım çağrılıb. Hadisə yerinə gələn həkimlər xəstəni nəzarətə götürsələr də, gənci ayıltmaq münkün olmayıb. Metropoliten işçiləri və ətrafdakı insanların köməyilə dərhal gənc oğlan xəstaxanaya aparılıb. Sərnişinin səhhəti haqqında dəqiq məlumat yoxdur. Bakı Metropoliteninin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, telefona cavab verən olmadı. Günün sonuna qədər sərnişinin səhhəti ilə bağlı səlahiyyətli şəxslərdən məlumat almağa çalışacağıq.
***
Bakı Metropolitenindən “Xeberdar.az”-a verilən məlumata görə ürəyi gedən bir deyil, iki nəfər olub. Fotolarını çəkilən şəxs Cəlilabad rayon sakini 1981-ci il təvəllüdlü Babayev Samirdir. O kəskin qan təziqinin aşağı düşməsindən ürəyi gedib və bir müddət ayılmayıb. Dostunun ayılmadığını görən Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Nəcəfov Zeynal da özündən gedib. Dərhal Polislər tərəfindən təcili tibbi yardım çağrılıb. Hər iki dost həkimlərin köməkliyi ilə özünə gəlib. İlkin tibbi yardım göstərildikdən sonra özlərini yaxşı hiss edən dostlar polislərin köməkliyi ilə evlərinə aparılıb.


