Metronu partladanlar güllələnəcəklər

Metronu partladanlar güllələnəcəklər
MARAQLI
13:28 01.12.2011
1671
Ötən gün Belarusa Ali məhkəməsi Minsk metro stansiyasında böyük partlayış həyata keçirmiş 2 şəxs barədə ölüm cəzası qərarı verib. Xatırladaq ki, cari ilin aprel ayının 11-də baş vermiş terror aksiyasında 15 nəfər ölmüş, yüzlərlə insan orta və ağır tipli xəsarət almışdı. 25 yaşlı Dmitri Konovalov partlayışı həyata keçirməkdə, həmyaşıdı Vladislav Kovalyov “törədilmiş terrorda əlbirlikdə” günahkar bilinib. Ölüm cəzası vermiş hakim təqsirli şəxslərin cəmiyyətə müstəsna təhlükə yaratdığını və onların ən sərt şəkildə cəzalandırılmalı olduqlarını qeyd edib. Artıq bir sıra hüquq müdafiəçiləri ölüm cəzası qərarının geri götürülməsi üçün ölkə prezidenti Aleksandr Lukaşenko qarşısında vəsatət qaldırıb. Yazılı müraciətdə cinayət işinin ətraflı şəkildə araşdırılmadığı və müttəhimlərin günahını sübut edən tutarlı dəlillərin olmaması bildirilir. Konovalov günahını etiraf etsə də, Kovalyov məhkəmə ifadəsindən öncə, sorğu-sual zamanı Dmitrinin döyüldüyünü iddia edir. Qeyd edək ki, müdafiə tərəfinin işi apelyasiya məhkəməsinə vermək hüququ olmadığından, məhkəmə qərarı qüvvəyə minmək üçün prezidentin təsdiqini gözləyir. Prezident Lukaşenko günün əvvəlində verdiyi bəyanatda partlayışı həyata keçirmiş şəxslərin qanunla icazə verilən ən sərt şəkildə cəzalandırılmalı olduğunu nəzərə çatdırıb.Ölüm cəzası verilmiş, Dmitri Konovalov və Vladislav Kovalyov uşaq yaşlarından dostluq edir. Onlar partlayış gününə kimi birlikdə Vitebsk şəhər zavodunda işləyiblər. Məhkəmə araşdırmalarından sonra partlayışların siyasi xarakter daşımadığı ortaya çıxıb. Araşdırmalar nəticəsində o da məlum olub ki, təqsirləndirilən şəxslər “insanlığa qarşı olan nifrətdən” dolayı dəhşətli partlayışı törətməyi qərara alıb. Prezidentin qərarı təsdiqləyəcəyi təqdirdə təqsirləndirilən şəxsləri güllələnmə gözləyir
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Antalyada zəncirvari qəza: 26 yaralı
12:52 01.07.2025
Antalyada zəncirvari qəza: 26 yaralı
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalandı
12:48 01.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalandı
Turizm Agentliyi daxili turizmin təbliği və təşviqi üçün media turların təşkilindən imtina etdi – 1 milyonluq layihə
12:35 01.07.2025
Turizm Agentliyi daxili turizmin təbliği və təşviqi üçün media turların təşkilindən imtina etdi – 1 milyonluq layihə
Qırğız Respublikasında Azərbaycan-Qırğızıstan Gənclərinin Düşərgəsi Təşkil Olunub – FOTOLAR
12:26 01.07.2025
Qırğız Respublikasında Azərbaycan-Qırğızıstan Gənclərinin Düşərgəsi Təşkil Olunub – FOTOLAR
Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq
12:17 01.07.2025
Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq
"Öldürülən Ziyəddin Səfərovun qabırğalarından birini tapa bilmədik"
12:05 01.07.2025
"Öldürülən Ziyəddin Səfərovun qabırğalarından birini tapa bilmədik"
İsrailin Qəzzaya hücumu nəticəsində 10 fələstinli həlak olub
12:01 01.07.2025
İsrailin Qəzzaya hücumu nəticəsində 10 fələstinli həlak olub
“Birmarket” - “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır
11:50 01.07.2025
“Birmarket” - “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır
Ziyəddin və Hüseyn Səfərovlar dəfn edilib
11:41 01.07.2025
Ziyəddin və Hüseyn Səfərovlar dəfn edilib
Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ
11:31 01.07.2025
Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ
Etirazlar nəticə vermədi: "Azercell"in kəskin qiymət artımı ilə bağlı dəyişikliyi qüvvəyə mindi
11:30 01.07.2025
Etirazlar nəticə vermədi: "Azercell"in kəskin qiymət artımı ilə bağlı dəyişikliyi qüvvəyə mindi
Danışmağı ən çox sevən 4 BÜRC
11:27 01.07.2025
Danışmağı ən çox sevən 4 BÜRC
“Taksi sürücüsünün ixtiyarı yoxdur istədiyi mahnıya qulaq assın” - Əməkdar artist
11:24 01.07.2025
“Taksi sürücüsünün ixtiyarı yoxdur istədiyi mahnıya qulaq assın” - Əməkdar artist
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
11:24 01.07.2025
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
Vüsalə Səid vəzifəsindən ayrıldı
11:22 01.07.2025
Vüsalə Səid vəzifəsindən ayrıldı
Rusiyalı müğənni keçmiş ərinin axtarışı üçün Fransa polisinə müraciət etdi
11:21 01.07.2025
Rusiyalı müğənni keçmiş ərinin axtarışı üçün Fransa polisinə müraciət etdi