Metropoliten gücləndirilmiş iş rejiminə dəyişikliklər etdi

Metropoliten gücləndirilmiş iş rejiminə dəyişikliklər etdi
SOSİAL
16:32 14.06.2022
234
Bakı metropoliteni iyunun 10-12-də paytaxtımızda təşkil edilmiş "Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar gücləndirilmiş iş rejiminə müvafiq dəyişikliklər edib.

AZXEBER.COM xəbər verir ki, bununla əlaqədar əlavə işçi qüvvəsi ayrılmaqla stansiyalarda növbətçilik təşkil edilib. Sərnişin axınının əsas istiqamətləri nəzərə alınmaqla, ehtiyat qatarların xətlərə buraxılması diqqətdə saxlanılıb. Həftə ərzində sərnişinlərin Bakı metropolitenindən istifadəsində artım qeydə alınıb.

"Formula 1” yarışının keçirildiyi ötən həftənin daha əvvəlki dövrlə müqayisəsinə əsasən, orta statistik hesabla, iş günləri ərzində 50-55 min, istirahət günlərində isə 20-25 min sərnişin artımı müşahidə olunub.
OXŞAR XƏBƏRLƏR