17:46 çərşənbə Axşamı, 18 Fevral 2020
Seçki2020

Məzahir Pənahovdan namizədlərə sosial şəbəkələrlə bağlı - ÇAĞIRIŞ

17:40, 23.01.20203912
Məzahir Pənahovdan namizədlərə sosial şəbəkələrlə bağlı - ÇAĞIRIŞ

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deputatlığa namizədlərə çağırış edib.

 

AZXEBER.COM xəbər verir ki, MSK sədri deputatlığa namizədliyi qeydə alınmış şəxslərin sosial şəbəkələrdə Seçki Məcəlləsinin tələblərinə uyğun davranmalı olduğunu vurğulayıb:

 

"Dəfələrlə namizədlərə bu barədə müraciətlər etmişik. Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm. Bunu namizədlər üçün səsləndirirəm. Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə əməl etsin”. 

XƏBƏR LENTİ