‘Məzhəb davası aparırlar’- İlham Əliyev

‘Məzhəb davası aparırlar’- İlham Əliyev
SİYASƏT
00:04 19.07.2014
3663

“Azərbaycanda milli, dini, məzhəb zəminində heç vaxt qarşıdurma olmayıb və olmayacaq”. 

AZXEBER.COM xəbərinə görə, bunu müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib. İ.Əliyev bildirib ki,bunun qarantı Azərbaycan dövlətidir, Azərbaycan xalqıdır: “Biz dünyanın müxtəlif yerlərində baş verən xoşagəlməz hadisələri təhlil edərkən öz siyasətimizi bundan sonra daha da inamla aparmalıyıq. Azərbaycan vətəndaşları təhlükəsizlik şəraitində yaşayırlar, yaşayacaqlar. Azərbaycanda ictimai-siyasi asayiş tam şəkildə təmin edilir. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bu əsas şərtlər imkan verir ki, biz gələcəyimizi planlaşdıraq, gələcəyə böyük nikbinliklə baxaq.

Bu gün dinlərarası, millətlərarası dialoqdan söhbət açılanda hesab edirəm ki, ilk növbədə Azərbaycan göz önünə gəlir. Azərbaycanda isə dinlərarası dialoq çoxdan təmin edilibdir. Bu gün Azərbaycanda dinlərarası, millətlərarası dostluq, qardaşlıq meyilləri güclənir. Budur bizim üstünlüyümüz. Təsadüfi deyildir ki, multikulturalizm, dinlərarası dialoq üzrə beynəlxalq forumlar məhz Azərbaycanda keçirilir. Bu forumların təşəbbüskarı da bizik. Mən şübhə etmirəm ki, bizim bu istiqamətdə inkişaf edən doğma Vətənimiz gələcəkdə daha da böyük mövqelərə malik olacaqdır. Bu gün onsuz da beynəlxalq aləmdə kifayət qədər güclü mövqelərə malikik. Biz həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Gələn il Bakıda birinci Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Yəni, bu, nadir bir vəziyyətdir. Azərbaycan nəinki sivilizasiyalararası bir körpüdür, biz, eyni zamanda, öz əməyimizlə, siyasətimizlə müsbət meyillərin güclənməsinə təkan veririk. Ancaq burada da deyildiyi kimi, əfsuslar olsun ki, heç də hər yerdə belə deyildir. Dini ayrı-seçkilik müşahidə olunur, məzhəb davası aparılır. Bu, böyük fəlakətdir və uçuruma aparan yoldur.

Biz çalışırıq, çalışmalıyıq öz səylərimizi daha da böyük dərəcədə qoyaq ki, dünyada meyillər müsbət istiqamətdə getsin. Burada şeyx həzrətlərinin rolunu xüsusilə qeyd etmək istəyirəm. Şeyx həzrətlərinin dünya dinlərarası dialoqun inkişafında böyük rolu, dünyada böyük hörməti vardır. Həm öz həmkarları ilə sıx əlaqələri, həm də ictimaiyyətdə çox böyük təşəbbüsləri vardır. Bu, əlbəttə ki, ölkəmiz üçün böyük üstünlükdür. Hesab edirəm ki, dinlərarası münasibətlərin sağlam zəmində təmin edilməsi üçün Azərbaycan təcrübəsi öyrənilməlidir və əminəm, öyrəniləcəkdir. Çünki bu, doğrudan da nadir bir təcrübədir”.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məşhur şoumen 21 yaşlı fenomenlə sevgildir?
16:44 09.06.2026
Məşhur şoumen 21 yaşlı fenomenlə sevgildir?
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir