“Microsoft” “Apple”ı geridə qoyaraq dünyanın ən bahalı şirkəti oldu

MARAQLI
15:15 15.01.2024
219
"Microsoft” 2021-ci ildən bəri ilk dəfə "Apple”ı keçərək dünyanın ən bahalı şirkəti olmağı bacarıb.

AZXEBER.COM xəbər verir ki, "Apple” səhmləri üçün tövsiyə bir həftə ərzində ikinci dəfə aşağıya doğru yenidən nəzərdən keçirilib.

Şirkətin səhmləri 8 həftənin ən aşağı səviyyəsinə düşərkən, ilin ilk həftəsində "Apple”ın bazar dəyəri 170 milyard dollar azalıb.

Son günlərdəki itkilər şirkəti dekabrın sonundakı tarixi zirvəsindən cəmi 8 faiz aşağı qoyub.

Keçən həftə "Apple”ın dəyəri ilə ikinci sırada olan "Microsoft”un dəyəri arasındakı fərq son 2 ilin ən aşağı səviyyəsinə düşüb.

"Microsoft” 2021-ci ildən bəri ilk dəfə "Apple”ı geridə qoyub və dünyanın ən dəyərli şirkəti olaraq yerini geri alıb.

Ayşən

OXŞAR XƏBƏRLƏR