ABŞ-nin texnologiya nəhənglərindən biri olan "Microsoft" OpenAI-nin fransız rəqibi Mistral AI ilə əməkdaşlıq etdiyini açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Microsoft" tərəfindən edilən açıqlamada, yeni tərəfdaşlığın Mistral AI-yə Azure-un ən müasir süni intellekt infrastrukturuna daxil olmaq imkanı verəcəyi, yeni nəsil böyük dil modellərinin inkişafı və tətbiqini sürətləndirəcəyi bildirilib.
Verilən açıqlamada yeni ortaqlıq çərçivəsində Mistral AI-nin süni intellekt modellərinin Azure bulud hesablama platforması vasitəsilə istifadəyə veriləcəyi bildirilib.
Açıqlamada Microsoft-un qlobal süni intellekt innovasiyalarını və böyüməsini dəstəkləməkdə qərarlı olduğu vurğulanıb və Mistral AI ilə tərəfdaşlığın etibarlı və təhlükəsiz süni intellekt sistemləri və məhsulları yaratmaq üçün ortaq öhdəlik əsasında qurulduğu qeyd edilib.
Mikayıl