21:10 çərşənbə, 14 Noyabr 2018
İDMAN

"Ümid edirəm finaldakı zədə Salaha mane olmayacaq" - Ronaldu

19:56, 14.06.20186603

"Real Madrid"in futbolçusu Kriştianu Ronaldu "Liverpul"un oyunçusu Məhəmməd Salahın "Qızıl top" mükafatını qazanma şansını dəyərləndirib.

Portuqaliyalı hücumçu misirli forvardın bu mükafat uğrunda mübarizə apara biləcək səviyyədə olduğunu söyləyib:

"Ümid edirəm ki, Çempionlar Liqasının finalında aldığı zədə dünya çempionatı öncəsi onu təslim olmağa məcbur etməz. Çoxları "Qızıl top" uğrunda yalnız mənimlə Lionel Messinin mübarizə apara biləcəyini deyirlər. Lakin mükafata iddialı başqa futbolçular da var. Sözsüz ki, Salah bunlardan biridir".

 

Qeyd edək ki, "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatı hər il Avropada ən yaxşı seçilən futbolçuya təqdim olunur.  Lionel Messi ilə Ronaldu hərəsi 5 dəfə bu mükafata layiq görülüb. 

goal.az
XƏBƏR LENTİ