Millət vəkili Flora Qasımova Bərdə və Ağcabədi rayonlarında olub.
Millət vəkili seçildiyi Xankəndindən olan məcburi köçkünlərlə görüşüb. İlk öncə Bərdə rayonunda olan Milli məclisin üzvü Flora Qasımova 105 saylı Texniki Peşə məktəbində müvəqqəti məskunlaşan məcburi köckünlərlə görüşüb.Görüşdə deputatla bərabər Bərdə rayon icra hakimiyyəti başcısının birinci müavini Vahid Qarayev və «Qaçqınkom»un Bərdə rayonu üzrə məsləhətçisi Sərdar Zeynalov iştirak edib.Görüşə Xankəndi sakinləri ilə bərabər digər işğal olunmuş rayonlarımızdan olan məcburi köckünlərdə qatılıb.Burada onların üzləşdiyi problemlərlə maraqlanıb və təkliflərini dinləyib.Məcburi köckünlər üzləşdikləri bəzi çətinliklər barədə məlumat veriblər və onların həlli istiqamətində dəstək göstərməsini xahiş ediblər. Millət vəkili Flora Qasımova onlarla geniş müzakirə və fikir mübadiləsindən sonra köçkünlərin üzləşdikləri çətinliklərin həlli istiqamətində müvafiq qurumlara müraciət edəcəyini və onları narahat edən məsələləri parlamentdə qaldıracağını deyib.Millət vəkili bildirib ki ,Azərbaycan höküməti məcburi köckünlər daimi diqqət və qayğı göstərir.Bərdədə məcburi köckünlər ücün yeni tkilən 866 mənzildən ibarət 16 ədəd hündür mərtəbəli yaşayış binası bu qayğının bariz nümunəsidir.Bu yaxınlarda ağır şəraitdə xüsusui ilə məktəb binalarında yaşayan köckün ailələr yeni mənzillərlə təmin ediləcək.Millət vəkili Prezident İlham Əliyevin tapşırığına əsasən yenidən Bərdədə hündür mərtəbəli yaşayış binalarının tikiləcəyini bildirdi.Millət vəkili daha sonra Ağcabədidə olub.Rayonda məskunlaşan məcburi köckünlərlə görüşən Flora qasımova seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib.Köckünlərin qaldırdığı bir sıra məsələlərin bəzi dövlət qurumlarında Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib.