Millət vəkilinin təklifi Türkiyədə müsbət qarşılanıb - FOTO

MƏDƏNİYYƏT
16:30 23.07.2015
1905

Milli Məclisin deputatı Qənirə Paşayevanın Bayburtda “Qarabağ” parkı, “Azərbaycan” küçəsi təklifini yerli bələdiyyə sədri müsbət cavablandırıb.

Gün.Az xəbər verir ki, Q.Paşayeva bələdiyyə sədri Mete Memişlə görüş zamanı Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Dədə Qorqud, Bamsı Beyrək kimi tarixi qəhrəmanlarımıza qucaq açmış qədim Bayburtla Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirib.
Deputat bələdiyyə sədri ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma “erməni soyqırımı” ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Bayburtun mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə, Xocalı Soyqırımı abidəsinin qoyulacağına, mərkəzi küçələrdən birinə Azərbaycan adınının veriləcəyinə inandığını deyib.
Azərbaycanın qədim şəhəri Ağdamın Ermənistan tərəfindən işğalından bu gün 22 il ötür deyən Q.Paşayeva şəhidlərimizi rəhmətlə anırıq və inanırıq ki, birlik və bərabərlik içində işğal altında olan torpaqlarımızı azad edəcəyik və Beynəlxalq Dədə Qorqud festivallarını orada da keçirə biləcəyik deyib.
Azərbaycanı sevdiyini deyən Bayburt bələdiyyə başqanı Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Bayburt bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini bildirib.
M.Memiş hər zaman qardaş Azərbaycanın yanında olduqlarını və Q.Paşayevanın Bayburtda Qarabağ adını daşıyan parkın, Azərbaycan adına küçənin verilməsi təklifini müsbət qiymətləndirdiyini deyərək yaxın zamanlarda bu təklifin reallaşacağını bildirib.

OXŞAR XƏBƏRLƏR