Dekabrın 12-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi işlər və insan haqları komitəsinin iclası keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, tədbirdə millət vəkili Rafael Hüseynov iştirak edəcək.İclasda Sərhədsiz televiziyaya dair Avropa Konvensiyasının təftişi, Avropa Birliyində fundamental insan hüquqlarının cari vəziyyəti, Ekstradisiya olunan şəxslərə dair Konvensiyadan sui-istifadə halları ilə mübarizə, inzibati həbs və digər mövzularda fikir mübadiləsi aparılacaq.Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin digər üzvü Sabir Hacıyev isə sözügedən qurumun Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak edəcək.İclasda Kosovo, Belarus və Kiprdəki vəziyyət müzakirə ediləcək, Avropa Şurasının roluna nəzər salınacaq. Avropada yeni millətçilik və ksenofobiya təzahürlərinə qarşı mübarizə yolları araşdırılacaq.Avropanın federallaşması meylləri, Misirdə siyasi keçid dövrü və digər aktual məsələlər nəzərdən keçiriləcək.