Milli Məclisdə kredit dərəcələri probleminə görə ayrıca iclas keçirilə bilər

Milli Məclisdə kredit dərəcələri probleminə görə ayrıca iclas keçirilə bilər
Bütün Xəbərlər
15:04 13.11.2013
584

Milli Məclisdə bank kreditləri üzrə faiz dərəcələrinin azaldılması məsələsinə dair iclas keçirilməlidir. 

Bunu çərşənbə günü Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov 2014-cü ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

V.Əhmədov bildirib: "Sual vermək lazımdır ki, niyə yerli banklar əhalidən əmanətləri illik 10-12 faizdən aşağı qəbul edirlər, onlara verilən kreditlər üzrə dərəcələr isə 20-25 faizdən çox təyin edilir? Bu gün əhalinin böyük əksəriyyətinin banklara borcu var. Vətəndaşlar arasında bank kreditləri üzrə faiz dərəcələrinin həddən artıq yüksək olması ilə bağlı narazılıq var. Əgər lazımdırsa, parlament bu məsələnin müzakirəsi üzrə iclas keçirsin. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov da iclasda iştirak edə bilər. Əgər bankların problemləri varsa, qoy bizi bu barədə məlumatlandırsınlar, həmçinin belə yüksək faiz dərəcələrinin yaranması siyasətini izah etsinlər".

Öz növbəsində, millət vəkili Qənirə Paşayeva Azərbaycanda sosial ipotekanın maliyyələşdirilməsinin həcmini artırmağı təklif edib: "Parlament komitələrində büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov xatırladıb ki, bazar iqtisadiyyatı şəraitində kommersiya ipoteka kreditləri üzrə bank dərəcələrinə inzibati təsir imkanları mövcud deyil. Bununla əlaqədar olaraq, Azərbaycan İpoteka Fondunun sosial ipotekaya ayırdığı vəsaitlərin həcmini artırmaq lazımdır".

Ötən ildə olduğu kimi gələn il də bu məqsədlərə dövlət büdcəsindən 40 milyon manat nəzərdə tutulub. Q.Paşayevanın sözlərinə görə, bu məbləğ iki və ya üç dəfə də olmasa da, heç olmasa 10-15 milyon manat artırılmalıdır: "Fikrimcə, bu məbləğ büdcəni çox yükləməyəcək, lakin daha yüzlərlə vətəndaşın mənzil problemini həll etməyə kömək edəcək".(TREND)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik