FİFA yığma komandaların növbəti aylıq reytinq siyahısını açıqlayıb. AZXEBER.COM-un FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandası ötən ayla müqayisədə siyahıda 4 pillə irəliləyib. Yığmamız hazırda 308 xalla 108-ci pillədə qərarlaşıb."DÇ-2014"dəki rəqiblərimizə gəldikdə isə yenə ən yaxşı göstərici Portuqaliya millisinə məxsusdur. Kriştiano Ronaldonun komandası 5 pillə irəliləyərək 1213 xalla 5-ci sıraya yüksəlib. Rusiya yığmasının mövqeyində isə heç bir dəyişiklik olmayıb. Qonşularımız 981 xalla 13-cü pillədə qalıb. İsrail isə 82-ci, Şimali İrlandiya 102-ci, Lüksemburq isə 110-u mövqedə qərarlaşıb.