Futzal üzrə dünya çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində aprelin 9-da Rusiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası bu gün oyunun keçiriləcəyi Tümen şəhərinə gəlib.
AZXEBER.COM-un AFFA-ya istinadən verdiyi xəbərə görə, bu gün yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 16:00) Mərkəzi İdman Kompleksində millimizin, saat 18:00-da isə Rusiya yığmasının mətbuat üçün açıq məşqi keçiriləcək. Saat 19:30-da hər iki komandanın baş məşqçisinin mətbuat konfransı təşkil olunacaq.