22:45 Bazar Ertəsi, 17 Dekabr 2018
İDMAN

Millimizin keçmiş futbolçusu 150 min avroya yeni bir ölkəyə GEDİR

13:08, 06.03.20181641
Millimizin keçmiş futbolçusu 150 min avroya yeni bir ölkəyə GEDİR

Kiprin "Anortosis” klubunda çııxış edən Araz Abdullayevin komanda ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Bu səbəbdən Famaqusta təmsilçisi millimizin üzvünü transfer etmək barədə qərar verib.

Kipr mətbuatı idmançımızla bağlı məlumat yayıb. Arazın oyunundan razı qalan "Anortosis” bu keçidi reallaşdırmaq niyyətindədir. Xəbərdə qeyd edilib ki, "Qəbələ” Kipr klubunundan bu transfer üçün 150 min avro tələb edib. "Anortosis” də bu məbləği ödəmək fikrindədir.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi ötən yay "Qəbələ”dən "Anortosis”ə bir illik icarəyə verilmişdi.

XƏBƏR LENTİ