21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının keçirəcəyi bir oyunun tarixi dəyişdirilib.
Bu barədə AFFA-nın saytı məlumat yayıb.
Norveç Futbol Federasiyasının UEFA-ya müraciətinə əsasən, Norveç - Azərbaycan oyunu 2022-ci il 14 iyuna keçirilib.
Daha əvvəl qarşılaşmanın bu il iyunun 6-da keçirilməsi nəzərdə tutulurdu.