4 oyunu ölkəmizdə keçirilən Avro-2020. Çətin bir yol qalır- seçmə mərhələnin oyunları.
Təəsüflər olsun ki, bu dəfə düşdüyümüz qrup seçmə mərhələnin digər qrupları ilə müqayisədə ən çətin qrupdur. Rəqiblərimizin hər biri final mərhələsinə vəsiqə qazanmaq gücündədir. Digər qruplarda autsayder, 3-cü, 4-cü yerlər üçün mübarizə aparan komandalar mövcuddursa, bizim qrupda vəziyyət tam fərqlidir. Nəticələr də durumun əyani sübütudur. Macarıstan Xorvatiyanı, Slovakiya isə Macarıstanı məğlub edib. Onu da deyək ki, bu günkü Azərbaycan millisi orta yaş həddi 23 olmaqla Avropanın ən gənc milli komandalarından hesab olunur.
İlk səfər oyununda son dünya ikincisi Xorvatiya ilə gözəl mübarizə aparan milli yığma komandamız təəssüf ki, öz evində Macarıstana qarşı oyunda 3-1 hesablı məğlub oldu. Ağlayan azarkeşlər də, tənqid edənlər də, heç şübhəsiz sevənlər idi. İndi sözümüz də elə sizədir, əziz millini sevən, can yandıran, tənqid edən dəyərli azarkeşlər! Millinin sabah sizə, dəstəyinizə ehtiyacı var. Slovakiya ilə vacib oyunda milli ruh bir yumruq kimi meydanda birləşməli, hamılıqla mübarizəyə qoşulmalıyıq. Bu çətin qrupda millimiz qalib gəlsə, məğlub olsa da sona kimi dəstəkləməliyik. Unutmayaq ki, bu milli vətənimiz Azərbaycanın adını daşıyır. İştah diş altındadır. Hər birimiz qələbə üçün yansaq da,necə ki, meydanda son saniyəyə qədər döyüşən komanda görmək istəyirik, eləcə də biz tribunada son saniyəyədək gücümüzü, enerjimizi ötürməliyik. Bizdən güclü olan bir yığma qarşısında meydanda bizi təmsil edənləri çətin durumda qoymaq olmaz. Bu Millidir. Azərbaycanımızı təmsil edən, üzərində milli bayramığızla meydanda mübarizə aparacaq milli. Milli bizimdir, Milli Azərbaycandır. Məğlub olsa da, qalib gəlsə də onun yanında ol, axı O sənindir- millini sev!