Məişət malları, ərzaq məhsulları və kimyəvi vasitələrin istehsalı ilşə məşğul olan “SC Johnson” korporasiyasının varisi Semuel Körtis Consona qarşı cinayət işi açılıb. 2,7 milyard dollarlıq varidatın 55 yaşlı sahibi 15 yaşlı qıza təcavüzdə şübhəli bilinir.
Bununla yanaşı, milyarderin digər, 14 yaşlı qızla 20 dəfə cinsi əlaqədə olduğu deyilir.
Qız polisə verdiyi ifadəsində bildirib ki, 2010-cu ilin noyabrında Conson tərəfdən dəfələrlə təcavüzə məruz qalıb.
ABŞ-ın Viskonsin ştatındakı Rasin Kaunti dairə məhkəməsi iddia ilə bağlı təhqiqata başlayıb.
Körtis Consonun vəkilləri isə səslənən iddiaları rədd edir, ittihamları uydurma adlandırırlar.
//milli.az