13:21 çərşənbə Axşamı, 23 Oktyabr 2018
SOSİAL

Minaya düşən gəncin son durumu - VİDEO

16:53, 11.10.20183034
Minaya düşən gəncin son durumu - VİDEO
Tərtər rayon sakini minaya düşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"un Qarabağ bürosuna rayonun Həsənqaya kənd icra nümayəndəsi İlqar Qasımov məlumat verib.

İ.Qasımov bildirib ki, hadisə bu gün səhər saatlarında qoşunların təmas xəttində baş verib.

İcra nümayəndəsi əlavə edib ki, A.Həsənov piyada əleyhinə minaya düşüb: "Kəlbəcər rayonundan olan məcburi köçkün, 1996-cı il təvəllüdlü Azad Həsənov ərazidə mal-qara otararkən hava dumanlı olduğundan təmas xəttində minalanmış əraziyə girib. Hadisədən sonra özünü itirməyən Azad telefonla qardaşına və dostlarına zəng edərək minaya düşdüyün bildirib".

Yaralı ilk olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın həkim-travmatoloqu Hafiz Əliyev bildirib ki, A.Həsənov cərrahiyyə əməliyyatı olunub və onun bir ayağı amputasiya edilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyindən "Report"a bildirilib ki, yaralının vəziyyəti ağırdır.
 

XƏBƏR LENTİ