Mingəçevirdə avtomobil 6 nəfəri vurub, onlardan biri ölüb - RƏSMİ

Mingəçevirdə avtomobil 6 nəfəri vurub, onlardan biri ölüb - RƏSMİ
SOSİAL
12:05 13.06.2020
1063
Daxili İşlər Nazirliyi (DİN) Mingəçevirdə bir nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı məlumat yayıb.

DİN Mətbuat Xidmətindən AZXEBER.COM- verilən məlumata görə, iyunun 12-də saat 16 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakinləri T.Mövlamovun idarə etdiyi "Hyundai” və K.Ağayevin idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşduqdan sonra idarəetməni itirmiş "Mercedes” markalı avtomobil yolun kənarında dayanmış 6 nəfəri vurub elektrik dirəyinə dəyib.

Dirəyin aşması nəticəsində Ağdam rayon sakini Təzəgül Abbasova hadisə yerində ölmüş, şəhər sakinləri olan 5 nəfər xəstəxanaya yerləşdiriliblər.

Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR