Mingəçevirdə zəncirvari qəza

Mingəçevirdə zəncirvari qəza
Bütün Xəbərlər
13:48 14.11.2013
569

Mingəçevir şəhərində 1 nəfərin yaralanması ilə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Qəza bu gün saat 9:00 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Rza Məhəmməd oğlu Rzayevin idarə etdiyi "Ford" markalı avtomaşın arxa tərəfdən Vaqif Məcnun oğlu Mirzəyevin idarə etdiyi "VAZ 2106"-ya çırpılıb. Sonra Vüqar Cahangir oğlu Poladovun idarə etdiyi "Mercedes" "Ford"a dəyib.

Nəticədə "VAZ 2106"-nın sürücüsü Vaqif Mirzəyev xəsarət alıb. O, Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, hadisəyə "VAZ 2106"-nın dönməəməliyyatını səhv yerinə yetirməsi səbəb olub.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsinin İstintaq bölməsi araşdırma aparır.(TREND)

OXŞAR XƏBƏRLƏR