Miri Yusif doğum gününü belə qeyd etdi - FOTOLAR

Miri Yusif doğum gününü belə qeyd etdi - FOTOLAR
MAQAZİN
12:50 27.10.2025
80
Xalq artisti Miri Yusif doğum gününü sevənləri ilə qeyd edib.
 
AZXEBER.COM xəbər verir ki, sənətçi özəl gününü fan klubunun üzvləri ilə keçirib.

Xalq artisti pərəstişkarları üçün sevilən mahnılarını səsləndirib, xatirə fotoları çəkdirib. 

Müğənni çıxışları zamanı sevənləri ilə söhbət etməyi də unutmayıb:

"İyul ayında ən azı 3 gün konsert vermək istəyirəm. İstəyim 5 gündür. Danışıqlara başlamışıq”.

Xalq artisti özünə rəqib olaraq yalnız özünü gördüyü də gizlətməyib:

"Miri Yusifin rəqibi elə Miri Yusifdir. Dünənki rəqibim bugünkü Miri Yusif idisə, bugünkü rəqibim sabahkı Miri Yusifdir”.

Qeyd edək ki, Xalq artisti doğum gününü bu gün isə "Ümid Yeri” Uşaq Sığınacağındakı kimsəsiz uşaqlarla keçirəcək.
 
Aysel

 

 

 

 


OXŞAR XƏBƏRLƏR