Mirkamil analara mahnı həsr etdi - AUDİO

Mirkamil analara mahnı həsr etdi - AUDİO
MAQAZİN
02:12 02.04.2016
1308

Müğənni Mirkamil Kamilov yeni mahnısını təqdim edib.

AZXEBER.COM-un məlumatına görə, "Anacan" adlanan mahnının sözləri MC Murada, musiqisi Emin Şahinə məxsusdur.

Müğənni açıqlamasında mahnı ilə bağlı fikirlərini bölüşüb:

“9 aydan çox olar Emil Şahinlə yaradıcı əməkdaşlığımız davam edir. Oxuculara məlum olsun ki, Emillə ilk işimiz Azərbaycan xalq və bəstəkar mahnılarından ibarət layihə ilə start götürdü. İşimiz bitər-bitməz o, mənə anidən dedi ki, gedək studiyaya sənə sürprizim var. Sən demə, Emil məndən öncə mahnının demo variantı üzərində bir az işləyib.

Mahnıya qulaq asdıq və qərara gəldik ki, milli musiqi alətlərimizdən istifadə olunması mütləq lazımdır. Aranjiman Bakıda olsa da, miks-masterinqi üçün İstanbula göndərdik. Türkiyədə aranjiman tam hazır olduqdan sonra musiqiyə uyğun söz axtarışına çıxdıq. Ad çəkmək istəmirəm, bir neçə dəyərli şairlərimiz söz yazsalar da, həmin şeirlər Emil Şahini qane etmədi. Sonda Mc Murad musiqiyə sözlər yazdı və Emil bəyəndi”.

OXŞAR XƏBƏRLƏR