Misir mətbuatı Mehriban Əliyevadan yazdı – FOTO

MƏDƏNİYYƏT
01:44 17.02.2015
2951

Misirin elektron qəzeti “Shbabalnil” Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ordeni ilə təltif olunması barədə məlumat yayıb.

AZXEBER.COM xəbər verir ki, məlumatda Pakistan Prezidenti Məmnun Hüseynin fevralın 11-də bu barədə Sərəncam imzaladığı diqqətə çatdırılır.

Qeyd edilir ki, “Hilal-e Pakistan” Pakistanın ali ordenidir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu ordenlə təltif olunan ilk birinci xanımdır.

OXŞAR XƏBƏRLƏR