MİT-dən möhtəşəm əməliyyat: PKK-nın axtarılan adamını belə tutdular

MİT-dən möhtəşəm əməliyyat: PKK-nın axtarılan adamını belə tutdular
DÜNYA
09:34 15.04.2022
337
Türkiyə təhlükəsizlik qüvvələri PKK terror təşkilatının xüsusilə təhlükəli üzvü Abdulkərim Yılmazı saxlayıb və ölkəyə təhvil verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, terrorçu Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında keçirdiyi xüsusi əməliyyat nəticəsində ələ keçirilib.

2015-ci ildən axtarışda olan terrorçu Türkiyənin cənub-şərqindəki Hakkari vilayətinin Şemdinli bölgəsində PKK/KCK-nın fəaliyyətinə yardım etməkdə təqsirləndirilir.

Yılmaz axtarış siyahısına salındıqdan sonra qanunsuz olaraq İraq ərazisinə keçib.
 

 


OXŞAR XƏBƏRLƏR