Mobil telefonunuz təhlükədədir

MARAQLI
16:40 23.07.2013
2702

Fəqət, SİM kartlarla bağlı əminliyin əsassız olduğu aşkarlanıb. 

Hazırda yüz milyonlarla mobil telefon təhlükədədir və onların arasında sizin mobil telefonunuz da ola bilər. 

Milli.Az AHT-yə istinadən bildirir ki, SİM kartlarda "dəlik" aşkarlanıb. Həmin dəlikdən faydalanan haker karta asanlıqla müdaxilə edərək mobil telefon sahibi barədə bilgiləri əldə edə bilir. 

Gizmodo bildirir ki, hazırda qlobal miqyasda 2 milyarddan artıq smartfon və 3 milyarddan artıq mobil cihazdan istifadə olunur.

Almaniyadakı Security Research Labs kibertəhlükəsizlik şirkətinin banisiKarsten Nolun dediyinə görə, SİM kartlara müdaxilə etməklə mobil telefon üzərində nəzarətə malik olmaq çətin deyil. 

The New York Times-a verdiyi açıqlamasıda K.Nol deyib: "Hazırda SİM kartlarda istifadə edilən şifrələmə texnologiyasının ciddi çatışmazlıqları və nöqsanları var. Təhlükəsizlik sistemindəki "dəlik” sayəsində haker mobil telefona viruslu SMS yollayır, sonra həmin SMS vasitəsilə mobil telefonun çipinə daxil olmaq üçün 56 rəqəmli rəqəmsal "açar"a yiyələnir".

K.Nol eksperiment zamanı bu minvalla "qurban"ının mobil telefonu üzərində nəzarəti ələ keçirib və həmin adamın adından alış-veriş edib, pul xərcləyib. 

Bütün əməliyyat adi kompüterdən istifadə olunmaqla aparılaraq 2 dəqiqə çəkib. 

56 rəqəmli təhlükəsizlik "açar"ına yiyələnən şəxs qurbanının mobil telefonla danışıqlarını dinləmək, SMS yazışmasını oxumaq, SİM kartdakı bütün məlumatı oğurlamaq imkanlarına malikdir. 

K.Nolun sözlərinə görə, qlobal miqyasda hazırda 750 milyon smartfonda SİM kartın təhlükəsizliyinin təminatı ilə bağlı problemlər var. 

Səbəb isə hazırda istifadə olunan 7 milyarddan artıq SİM kartlarda 1970-ci ildən qalmış DES (Data Encryption Standard) şifrələmə standartından istifadə olunmasıdır.

Mütəxəssislərin fikrincə, problemi çağdaş kriptoqrafiya metodlarından istifadə, habelə JAVA-appletlərin müəyyən informasiyaya girişini məhdudlaşdıran JAVA proqramlar hazırlamaqla həll etmək olar.

 

OXŞAR XƏBƏRLƏR