Moldova prezidenti Rusiya qoşunlarının ölkədən çıxarılmasını tələb etdi

Moldova prezidenti Rusiya qoşunlarının ölkədən çıxarılmasını tələb etdi
DÜNYA
22:25 18.05.2022
462
Dnestryanı bölgədə rusiya qoşunlarının olması Moldovanın neytral statusuna ziddir.

Bunu Moldova prezidenti Mayya Sandu bəyan edib.

"Konstitusiyaya görə, Moldova neytral ölkədir və bunu vətəndaşları da dəstəkləyir. Lakin Rusiya hərbçilərinin Dnestryanı bölgədə olması neytrallığı və müstəqilliyimizi pozur. Ona görə də biz Rusiya hərbçilərinin ölkəmizin ərazisindən çıxarılmasını tələb edirik”, - deyə o, Avropa parlamentində keçirilən plenar iclasda bildirib.
OXŞAR XƏBƏRLƏR